“Xəzər Lənkəran” həvəssiz oynadı”
04.03.2013 - 12:53
“Neftçi” klubunun kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının XXII turunun “Turan”la görüşündən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. 30 yaşlı futbolçu Tovuz təmsilçisinə 3:2 hesablı qalib gəldikləri oyunda ehtiyatda qalmasından, turun nəticələrindən və final mərhələsində əsas rəqiblərindən danışıb.
- Oynamamağınız nə ilə bağlı idi?
- Sarı vərəqə limitini aşmışdım, ona görə.
- Qarşılaşma kənardan necə göründü?
- Futbolçu üçün komandanın oyununa baxmaq çox çətindi. Tez-tez həyəcanlanırsan. Adam belə vəziyyətdə meydana çıxıb, komanda yoldaşlarına kömək etmək istəyir.
- “Neftçi” meydana çox rahat çıxmışdı. Deyəsən, “Turan”ın aşağı sıralarda qərarlaşması komanda yoldaşlarınızı arxayınlaşdırmışdı...
- Qış fasiləsindən sonra ardıcıl 4 qələbə qazanmışdıq. Bu da müəyyən arxayınçılıq yaratmışdı. Bu səbəbdən birinci hissə heç-heçə başa çatdı. Yəni, arxayınçılığın acısını çəkdik. Fasilədə nəticə çıxarıb, lazım olan qələbəni qazandıq.
- Vurulmayan penalti matçın dönüş nöqtəsi ola bilərdimi?
- Təbii. “Turan” hesab 1:3 olandan sonra məğlubiyyətlə barışmışdı. Sonra ikinci qolu vurdular. Bahodir Nasimov da şansızlıq yaşadı. Ola bilsin yenə penalti olsun, yenə Nasimov vursun. Qismətdi...
- Yarımmüdafiədə yerinz görünürdümü?
- Bunu baş məşqçi deyə bilər.
- Cari mövsümdə əsas mərhələ başa çatdı. “Neftçi”nin bu mərhələdı çıxışı barədə nə deyərdiniz?
- Yanvardan sonra keçirdiyimiz 5 oyunun hamısında qələbə qazanmağı hədəfləmişdik. Bunun da öhdəsindən gəldik və komanda həlledici mərhələyə lider kimi yollanır. Doğurdan da, bu çox yaxşı nəticədir.
- İlk “altılıq”da kimlərlə qarşılaşacağınız dəqiqləşdi. “Neftçi”nin əsas rəqibləri hansı komandalardır?
- “İnter” və “Qarabağ”. Çünki digər komandalar xal baxımından çox geridədirlər. Ancaq onları da zəif hesab etmirəm. Hamısı başabaş mübarizə aparacaqlar.
- Əsas mərhələnin sonuncu turundakı nəticələr təəccüblü olmadı?
- Həqiqətən də “Qəbələ”nin AZAL-la oyunda qapısından 6 top buraxması gözlənilməz oldu. “Xəzər Lənkəran”a gəldikdə, onların fikri “Bakı”nın oyununda qalmışdı. Çünki “Bakı” xal itirməli idi ki, “Xəzər Lənkəran” üçün şans yaransın. Bu üzdən onlar həvəssiz oynadılar.

0
0