“Kənar şəxsin “texniki zona”da nə işi vardı?” - MÜSAHİBƏ
04.03.2013 - 14:03
“İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XXII turunda “Qarabağ”la oyundan sonra baş verən insidenti necə dəyərləndirərdiniz?
- Xoşagəlməz hadisə baş verib. Düzü, belə hadisənin olacağını düşünmürdüm. Ancaq olan oldu və bu məsələyə AFFA-nın İntizam Komitəsi baxacaq.
- Ümumiyyətlə, hadisə necə baş verib?
- Mən oyunda olmasam da, baş verənlərdən xəbərim var. İstənilən halda, meydanda hansısa xoşagəlməz hal yaşanıbsa, elə meydanda da qalmalıdı. Bu, sırf idman ehtirasıdır. Peşəkar futbolçulardı, çörək pullarını meydanda qazanırlar. Kənarda isə insident olmamalıdı.
- Qalmaqalda “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun qardaşı iştirak edib...
- Axı onun paltardəyişmə otağında nə işi var? Mən “texniki zona”ya gedib futbolçuları təbrik etməyi özümə rəva bilmirəm. Amma futbola aidiyyatı olmayan birisinin orada olursa, bu, nə deməkdir?
- Hadisəyə əsas səbəb Rəşadın braziliyalı futbolçunuz Robertinyo ilə arasında yaranan problem olub. Siz Robertinyoda hansısa günah görürsünüz?
- Robertinyonun heç bir günahı yoxdur. Ümumiyyətlə, onun məsələyə nə dəxli var? Yenə deyirəm: meydanda söz güləşdiriblər, bir-birinə üzücü ifadələr deyib. Meydandan çıxandan isə artıq hər şey bitmişdi. Yaxşı, qoy Rəşadla Robertinyo öz aralarında mübahisə etsinlər. Bəs kənar şəxs “texniki zona”da nə edir və niyə əlini qaldırır?
- Bununla bağlı AFFA-ya rəsmi müraciət etmisiniz?
- Xeyr. Federasiya özü bu məsələni tənzimləməlidir. Videoyazılar, AFFA nümayəndəsinin qeydləri var. İntizam Komitəsi də buna əsasən qərar çıxarmalıdır.
- Baş məşqçiniz Kaxaber Sxadadze həmin insidentə görə mətbuat konfransına qatılmadı və İntizam Komitəsində bu məsələyə də baxılacaq...
- Sxadadze düz edib. Kim zəmanət verərdi ki, hansısa biri onun üstünə cummayacaqdı?

0
0