Millimizin futbolçusu norveçlilərə qol vurdu
04.03.2013 - 14:19
Millimizin futbolçusu Rizvan Umarov “Anji”nin gənclər komandasında növbəti qolunu vurub. Apasport.az saytının məlumatına görə, Türkiyə toplanışında iştirak edən Mahaçqala klubunun II komandası Antalyada sonuncu yoxlama oyununu keçirib.
“Anji” Norveçin “Tromsö” klubu ilə görüşdə 0:3 hesabı ilə uduzsa da, sonradan fərqi minimuma endirib. Belə ki, görüş Norveç klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Anji”dən qollardan birini isə Rizvan vurub. Bununla da Şimali Qafqaz təmsilçisi fevralın 16-dan başlayan təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb.
Qeyd edək ki, bu, Rizvan Umarovun “Anji”də 4-cü qoludur. Bundan öncə milliləşdirilmiş futbolçumuz “Krılya Sovetov”, “Volqar” və “Rubin”in qapılarına yol tapmışdı.

0
0