İqor Akinfeyev: Bizi Bakıya heç də asan olmayan səfər gözləyir
04.03.2013 - 15:46
Rusiya milli komandasının qapıçısı İqor Akinfeyev 2014-cü il dünya çempionatının seçmə mərhələsində şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, MOİK-in “1 nömrə”si cari seçmə mərhələyə inamlı başlamalarına baxmayaraq, Braziliyadakı final mərhələsi perspektivləri haqda danışmağı hələ tez sayır.
Bunu hələ ilk vəzifəni yerinə yetirmədikləri ilə əsaslandıran İqor cari seçmə mərhələyə oktyabrda yekun vuracaqları millimizlə səfər oyunundan da ehtiyatlanır: “İlk növbədə Braziliyadakı final mərhələsinə çıxmaq lazımdır. Rusiya yığmasının bütün çətin oyunları hələ qabaqdadır. Bu, martda Şimali İrlandiya ilə Belfastdakı matç, ardından Portuqaliya ilə səfər oyunu və Bakıya asan olmayan səfərdir. Bundan sonra komandanın gücünə əsasən qarşıya məqsəd qoymaq lazımdır. Biz hələlik İspaniya yığması deyilik ki, hər turnirdə qələbəyə bel bağlayaq. Yaxud italyanlar deyilik ki, istənilən vəziyyətdə finala çıxmaq uğrunda mübarizə aparmaq iqtidarında olaq. Biz öz şanslarımızı real qiymətləndirməliyik. Buna görə ilk öncə dünya çempionatına yollanmaq hüququ qazanmalıyıq”.

0
0