“Qarabağ” – tribunaya bax!
04.03.2013 - 16:15
“Qarabağ”ın cari mövsümdən ev oyunlarını keçirmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna üstünlük verməsi özünü doğrultmur. Apasport.az saytının məlumatına görə, çempionatın arxada qalan hissəsi bu addımın heç də düzgün atılmadığını göstərir. Çünki son illər Quzanlıda az qala dolu tribunalar önündə oynayan komanda indi demək olar azarkeş üzünə həsrətdir.
Bu da ondan irəli gəlir ki, futbolçuların ustalıq səviyyəsini qaldırmaq, nəticə qazanmaq və azarkeş ordusunun sevgisinə layiq olmaq üçün daha adlı-sanlı, sanballı stadiona üz tutmaq yetərli deyil. Onsuz da xeyli vaxtdır çempion olmaq arzusunu gerçəkləşdirə bilməyən “Qarabağ” Respublika stadionuna köçməklə bu titulu qazanası deyil. Lap qazanılsa belə, azarkeşsiz çempionluq nəyə lazımdı?
Doğma Ağdamda da, Suraxanıda - icarə əsasında olub-olmamasının əhəmiyyəti yoxdur - stadionu olan əyalət təmsilçisi bu arenalarla kifayətlənmək istəmir. Sanki hər oyununa bu stadionların tutumundan daha çox – heç olmasa 5-6 min tamaşaçı gəlir. Lakin 1000-2000 azarkeşi olan “Qarabağ” üçün bu addım heç cür məqbul sayıla bilməz.
“Qarabağ” mövsümün startından az sonra ev oyunlarını boş qalan Respublika stadionunda keçirməyə qərar verdi. Həmin stadionda ki, 30 minə yaxın tamaşaçı tutumuna malikdir. Yalnız millinin oyunlarında və ölkə kubokunun finalında bu arenada azarkeş varlığı hiss olunur. Hətta cari mövsüm Azərbaycan çempionatı üçün rekord göstərici olan 11 min tamaşaçı belə Respublika stadionunun boş olduğunu göstərir.
Stadionda başqa klubların oynamamağını elə bununla bağlamaq olar. Yoxsa ki, tarix boyu adı bu stadionla bağlı olan “Neftçi” də, “Bakı” da, müəyyən vaxtlarda bu arenaya üz tutan “İnter” də 1 nömrəli stadionda tamaşaçısız qalardı. Lakin bu komandaların hər biri şahid oldu ki, ən sanballı arenada oynamaq hələ heç nə demək deyil.
Bəlkə “Qarabağ” bu klublardan ağıllıdır? Onların bilmədiyi sirlərə, arenadan necə səmərəli yararlanmağa bələddir? Lakin digər klublar artıq başa düşüb ki, 30 minlik stadionda oynamaqla nə futbolçuların ustalığı artır, nə də azarkeş sayı.
Əslində hər oyuna 1000-ə yaxın azarkeş yığışır. Amma bu Respublika stadionu üçün sıfıra bərabərdir. Çünki arenanın tribunalarının təxminən 1/30-də adam olur. Hərçənd həmin sayda azarkeş Quzanlı və ya Suraxanı stadionun yarıyadək doldurardı.
“Qarabağ”ın Quzanlıdakı qarşılaşmalarında anşlaq olduğu da unudulmayıb. Bəlkə də futbolçular səssiz, azarkeşsiz boş tribunalar qarşısında oynamağa öyrəşdiyindən elə belə yaxşıdır.
Amma mərkəzi arenada baş tutan mərkəzi oyunlardakı azarkeş sayı çempionatı gülünc vəziyyətə salır. “Qarabağ” – “Bakı” qarşılaşmasındakı 150 tamaşaçı uzun müddət antirekord qalmışdı. Bu rəqəm meydanda olan hər futbolçuya 5-6 tərəfdarın olması anlamına gəlir. Elə son turun “İnter”lə matçındakı 500 tamaşaçı da gülməli rəqəmdir. Axı Topaz Premyer Liqasının mərkəzi oyununda stadionun təxminən 98,3 faizi boş qalıb.
“Qarabağ”ın Respublika stadionundakı 9 oyununu isə ümumilikdə 3350 tamaşaçı izləyib. Bu hər oyuna orta hesabla 372 tamaşaçı deməkdir. Lənkəran və ya Gəncədəki 1 oyuna “Qarabağ”ın 9 oyuna topladığından çox azarkeş gəlir. Ağdamlıların 9 matçdakı rekordu isə “Xəzər Lənkəran”la görüşə təsadüf edib – 700 tamaşaçı. “Neftçi” ilə “Dalğa Arena”dakı oyunda bundan çox izləyici var idi.
Əlbəttə, rəqiblərini hansı stadionda qəbul etmək qərarını klub rəhbərliyi verir. Lakin 4 il əvvəl uzun fasilədən sonra böyük vədlərlə Ağdama qayıdan komandanın belə tez müddətdə başqa arenaya bağlanacağı gözlənilmirdi. Quzanlı stadionunu doğma sayan klub rəhbərliyi üçün artıq Respublika stadionunun yarıboş tribunaları daha yaxındır.
“Qarabağ”ın cari mövsüm ev oyunları

tarix | Rəqib | stadion | tamaşaçı |
11.08.2012 | Neftçi (Bakı) | Dalğa Arena | 800 |
24.08.2012 | Rəvan (Bakı) | Dalğa Arena | 350 |
20.10.2012 | Bakı | Respublika | 150 |
31.10.2012 | Qəbələ (Qəbələ) | Respublika | 500 |
04.11.2012 | AZAL (Bakı) | Respublika | 200 |
18.11.2012 | Simurq (Zaqatala) | Respublika | 400 |
24.11.2012 | Turan (Tovuz) | Respublika | 300 |
07.12.2012 | Kəpəz (Gəncə) | Respublika | 250 |
20.12.2012 | Xəzər Lənkəran | Respublika | 700 |
16.02.2013 | Sumqayıt | Respublika | 350 |
03.03.2013 | İnter (Bakı) | Respublika | 500 |
0
0