“Xəzər Lənkəran”ı kim yıxdı?
04.03.2013 - 18:30
Topaz Premyer Liqasının təsnifat mərhələsi 2 komanda üçün acınacaqlı bitdi. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” və AZAL-ın ilk “altılıq” ümidləri sonuncu – XXII turda dəfn edildi. Bunun səbəbi isə “Bakı”nın “Rəvan” üzərində qələbə qazanmaqla 6-cı pilləni qoruması idi.
Belə ki, son tur ərəfəsində “Bakı”dan fərqli, “Xəzər Lənkəran” və AZAL-ın taleyi öz əlində deyildi. Onların hər ikisi ümidlərini paytaxt derbisində “Bakı”nın qonağı olan “Rəvan”a dikmişdi.
İndi – təsnifat mərhələsi başa çatandan sonra bəxtdən də, “Rəvan”ın qalib gələ bilməməsindən də, taleyinin başqasının əlində olmasından da gileylənmək olar. Amma əslində, “Bakı”dan asılı olmaq “Xəzər Lənkəran”ın da, AZAL-ın da öz səhvidir. Bəs bu səhv harada baş verib?
“Altılıq”dan kənarda qalan hər 2 komandanın ən güclü 6 kollektivlə oyunlardakı xal itkilərini kənara qoymaq olar. Axı həmin matçlar güclülərə qarşı keçirilib. Lakin son 4 yerdə qərarlaşan “Turan”, “Sumqayıt”, “Rəvan” və “Kəpəz”ə xal vermək daha baha başa gələ bilər. Əslində, “Xəzər Lənkəran” da, AZAL da Gəncə təmsilçisindən maksimum - 6 xal qoparıb.
Lakin digər “üçlük” bu 2 komandanın sonda əziyyət çəkməsinə səbəb olub. Mövsümün əvvəlində çempionluq iddiasında olan lənkəranlılar bu 3 komanda ilə matçlarda cəmi 2 qələbə qazanıb. Daha 3 heç-heçəsi olan cənublular 18 mümkün xaldan 9-nu toplayıb.
“Sumqayıt”la (1:1 və 2:2) 2, “Rəvan”la (1:1) 1 dəfə heç-heçə edən “Xəzər Lənkəran” “Turan”la (1:2) səfər matçında xalsız qalıb. Əslində, sonuncu nəticəni həlledici olduğunu qəbul etmək olar.
Əksər matçlarda qalib gəldiyi qərbliləri məğlub edəcəyi halda “Xəzər Lənkəran” son turdakı heç-heçə ilə də “altılıq”da olacaqdı. Çünki sonda cənubluları həmin vəsiqədən 3 xal ayırdı.
AZAL isə sonda cəmi 2 xalın güdazına gedib, “altılıq”dan kənarda qaldı. Düzdür, onlar “Bakı”dan 1 xal geri qaldı. Lakin şəxsi oyunlardakı geriliyə görə onlara da 2 xal zəruri idi. “Təyyarəçilər” isə belə xalları göydən yerə çox buraxıb. İddiasız “üçlük” kimi qəbul etdiyimiz komandalarla matçlarda AZAL-ın cəmi 1 qələbəsi var. 3 dəfə də 1 xalla kifayətlənən Vaqif Sadıqovun yetirmələri 18 mümkün xaldan 6-nı qazanıb. Evdə “Sumqayıt” (1:1) və “Turan”la (0:0) qarşılaşmalardan birində qələbə qazanılsaydı AZAL artıq “altılıq”da idi. Belə olan halda “Sumqayıt” (2:2), “Rəvan” (0:1) və “Turan”a (0:1) səfər oyunlarındakı büdrəmələri də bağışlamaq olardı.

0
0