“Baku Fires” 1/4 finalda Ukrayna klubu ilə qarşılaşacaq
04.03.2013 - 20:43
Ümumdünya Boks Seriyasının (WSB) 10-cu turun matçında Azərbaycanın “Baku Fires” klubu Polşada yerli “Hussars Poland” komandasının qonağı olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, A qrupunda 1-ci yeri özünə təmin edən komandamız səfərdə inamlı qələbə qazanıb.
2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə WSB liqasında ikinci döyüşünü də qələbə ilə başa vurub. Boksçumuz bu dəfə polşalı Silvester Kozlovskini məğlub edib.
“Baku Fires”in gənc üzvlərindən Məhəmmədəli Ukayev liqadakı ikinci görüşündə qalib gəlib. Nikolay Veselov və Ramazan Məhəmmədov isə cari mövsümdə üçüncü qələbələrini qazanıblar. Abdulqadir Abdullayevin də Malujda üzərində texniki nokautla qələbəsi yadda qalan olub.
Döyüşlərin nəticələri:
“Hussars Poland” – “Baku Fires”
54 kq. Silvester Kozlovski (Polşa) – Elvin Məmişzadə (Azərbaycan) – 49:46, 47:48, 46:49.
61 kq. Adil Aslanov (Polşa) – Məhəmmədəli Ukayev (Azərbaycan) - 45:50, 45:50, 47:48.
73 kq. İreneuş Zakrzevski (Polşa) – Nikolay Veselov (Belarus) – 44:50, 44:50, 44:50.
85 kq. Mixal Qerleçki (Polşa) – Ramazan Məhəmmədov (Azərbaycan) – 44:50, 44:50, 44:50
+91 kq. Mateuş Malujda (Polşa) – Abdulqadir Abdullayev (Azərbaycan) – texniki nokautla Abdullayev qalib gəlib
A qrupunun digər görüşündə Rusiya doğma divarlar arasında “Mexico Guerrerosu” 5:0 hesabı ilə məğlub edib. Əlcəzairin “Desert Hawks” klubu isə Argentinada “Argentina Condors”un qonağı olacaq.
Turnir cədvəli:
“Baku Fires” – 27 xal (10 matç)
“Mexico Guerreros” – 19 (10)
“Poland Hussars” – 13 (9)
“Argentina Condors” – 9 (8)
“Desert Hawks” – 9 (9)
Rusiya – 7 (8)
B qrupunda “Astana Arlans” “German Eagles”i 4:1 hesabı ilə məğlub edib. “Ukraine Otamans” səfərdə “British Lionhearts”dan üstün olub – 3:2.
İtaliya klubu isə rəqib meydanında ABŞ komandasını 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, B qrupunda “Astana Arlans”, “İtalia Thunder”, “British Lionhearts” və “Ukraine Otamans” 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Komandamız 1/4 finalda Ukrayna klubu ilə qarşılaşacaq. İlk görüş martın 22-də və ya 23-də Kiyevdə, cavab qarşılaşması isə martın 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

0
0