“İlk qol çox əhəmiyyətlidir”
04.03.2013 - 23:37
“İlk qol çox əhəmiyyətlidir”
“Real”ın hücumçusu Kərim Benzema sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə qarşılaşacaqları “Mançester Yunayted” haqqında bəzi açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Fransa milli komandasının üzvü “Kral klubu”nun “Santiaqo Bernabeu” stadionunda 1:1 hesablı bərabərə qalmasına baxmayaraq növbəti mərhələyə keçmək şanlarının olduğunu bildirib.

O, oyunda vurulan ilk qolun çox əhəmiyyətli olduğunu vurğulayıb: “Bir həftədə qazandığımız iki “Barselona” qalibiyyəti ilə özümüzə güvənimiz artdı. “Mançester Yunayted”lə oyunumuz çox çətin keçəcək. Matçda vurulan ilk qol çox əhəmiyyətlidir. Birinci fərqlənsək 1/4 final mərhələsinə adlamaq şansımız çox yüksələcək”.

Qeyd edək ki, 25 yaşlı forvard “Real” forması ilə çıxdığı 168 matçda 81 qola imza atıb.