Luçesku: Bu cütlüyün qalibi Çempionlar Liqasının finalında oynayacaq
05.03.2013 - 00:37
Luçesku: Bu cütlüyün qalibi Çempionlar Liqasının finalında oynayacaq
“Şaxtyor”un baş məşqçisi Mirça Luçesku martın 5-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə qarşılaşacaqları Dortmund “Borussiya”sı ilə matç öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Donetsk klubunun təcrübəli çalışdırıcısı bu cütlüyün qalibinin turnirin finalında oynayacağını bildirib.

Rumıniyalı mütəxəssis komandasını çox mənzərəli bir futbol gözlədiyini vurğulayıb: “Təbii ki, Dortmund “Borussiya”sının futbolçuları maksimum qiymətləndiriləcək. Bizi çox mənzərəli bir futbol gözləyir. Mən əminəm ki, bu cütlüyün qalibi Çempionlar Liqasının finalında oynayacaq”.

Qeyd edək ki, “Borussiya” - “Şaxtyor” matçının ilk oyun günündə qalib müəyyənləşməmişdir. Hərəyə 2 dəfə fərqlənən tərəflər meydandan 2:2 hesablı bərabərliklə ayrılmışdır.