Niklas Bendtner 6 ay millidən uzaqlaşdırıldı
05.03.2013 - 01:02
Niklas Bendtner 6 ay millidən uzaqlaşdırıldı
Danimarka millisinin və “Yuventus”un hücumçusu Niklas Bendtnerə ölkə futbol assosiasiyası tərəfindən sərt cəza verilib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu 6 ay müddətinə yığma komandadan kənarlaşdırılıb.

Danimarka Futbol Assosiasiyasının belə bir qərara gəlməsinin səbəbi isə ötən həftə Bendtnerin sərxoş halda avtomobil idarə etməsi olub. Polislər tərəfindən saxlanılan Niklas daha sonra polis bölməsinə aparılıb.