Mourinyo: Bütün dünya 90 dəqiqədə duracaq
05.03.2013 - 01:35
“Real”ın baş məşqçisi Joze Mourinyo bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə qarşılaşacaqları “Mançester Yunayted”lə matç öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı bu görüşdə komandasının hücum futbolu göstərəcəyini bildirib.
O, “Mançester Yunayted” - “Real” matçı üçün bütün dünyanın 90 dəqiqədə duracağını ifadə edib: “Çətin oyun olacaq. “Mançester Yunayted” artıq martda İngiltərə Premyer Liqasını praktiki olaraq udub. Amma İngiltərə kubokunda 1/4 finala qədər gəlib çıxa bildi. Rəqib uzun müddətdir ki, uduzmur və biz də son 12 matçda yalnız bir məğlubiyyətlə üzləşmişik. Bütün dünya bizim oyunumuza baxmaq üçün 90 dəqiqədə duracaq. Bu da sanki bir final olacaq”.

0
0