Maradona “Barselona”nı çalışdırmaq niyyətindədir
05.03.2013 - 06:45
1982-1984-cü illərdə “Barselona”da forma geyinən Dieqo Armando Maradona İspaniyanın məşhur “Marca” qəzetinə maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 1986-cı ilin dünya çempionu sabiq komandasının və onunla müqayisə olunan Lionel Messinin baş məşqçisi olmağını düşünür.
O, bunları ifadə edib: “Mənim xəyalım “Barselona”da Leoya məşqçilik etməkdir. Bunu ruhumun ən dərinliklərindən istəyirəm. Bundan başqa, məncə Lionel bütün mövsüm boyu vurduğu qolları yoxa saydı. Çünki o, son iki matçı pis oynadı”.
Maradona “Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun “El Klsassiko”dakı çıxışına da toxunub. O, “Kral klubu”nun hücumçusunu “heyvan” adlandırıb: “Ronaldo bir “heyvan”dır. Onun “El Klassiko”daki oyunu möcüzə idi. Kriştiano inanılmaz bir oyunçudur. Onun hazırkı forması Lionel Messidən üstündür”.
Qeyd edək ki, 52 yaşlı mütəxəssis daha əvvəl Argentina milli komandasında işləyərkən 2010-cu ildə keçirilən dünya çempionatında Lionel Messinin baş məşqçisi olub.

0
0