“Xəzər Lənkəran”ı kənarlaşdırdı, çempionatdan çıxdı
05.03.2013 - 09:39
Moldovanın “Olimpiya” klubu ölkə çempionatından çıxdığını rəsmən elan edib. Apasport.az saytının məlumatına görə, klubun rəsmi saytında qərarın səbəbi açıqlanıb. Bildirilir ki, bu addımla Moldova futbolunda Pavel Çebanunun rəhbərliyi altında olan korrupsiya və özbaşınalığa diqqət yetirilməyə çağırılıb.
“Olimpiya”nın vitse-prezidenti Sergey Kiselev məsələyə belə münasibət bildirib: “Futbolumuzda kasıbçılıq və dağınıqlıqdır. Hətta yığmamız MDB-də ən güclülərdən biri olaraq indi ən zəiflərdəndir. Federasiya prezidenti Pavel Çebanu bütün ölkəyə açıq bəyan edir ki, bunda Moldova xalqı günahkardır, bizdə istedadlı uşaqlar doğulmur. Özü isə bu zaman 1,5 milyon dollara onlarla mənzillər və ofislər alır. Onu öz anasına, həyat yoldaşına hədiyyə edir. Mətbuat bu haqda artıq 5 ildir danışır, ancaq heç kim heç nə araşdırmır”.
Qeyd edək ki, “Olimpiya” 2010-cu ildə lənkəranlılarla Avroliqanın I təsnifat mərhələsində hər 2 oyunda – evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edərək, rəqib meydanında vurduğu qolla üstün olub.

0
0