“Messiyə zəng etmək Obama ilə danışmaq qədər risklidi” - MÜSAHİBƏ
05.03.2013 - 11:38
Əfsanəvi futbolçu Dieqo Maradona maraqlı müqayisələr aparıb. Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq çalışdırıcısı “Marka” qəzetinə müsahibəsində həmyerlisi Lionel Messi, habelə “Real”ın portuqaliyalıları – baş məşqçi Joze Mourinyo və Kriştianu Ronaldo barədə düşüncələrini bölüşüb.
- Sizi tez-tez Messi ilə müqayisə edirlər...
- Heç vaxt Messidən güclü olduğumu deyə bilmərəm. Onu çox sevirəm. Ümumiyyətlə, Messinin oynadığı “Barselona”nı çalışdırmaq mənim arzumdur. Əlbəttə, “Barselona” rəhbərliyinə yalvarmaq fikrim yoxdu ki, Tito Vilanovanı işindən azad edin. Ancaq ötən şənbə “Real”la görüşdə Messi və Maskeranonu görəndə ürəyim ağrıdı. Lioneli oğlunun dünyaya gəlməyi münasibətilə təbrik etdim. Əvvəl ona zəng vurmuşdum...
- Messi sizə nə cavab verdi?
- Qulaq asın, Messiyə zəng etmək Obama ilə danışmaq qədər risklidir. Lionellə əlaqə saxlamaq real, qətiyyən mümkün deyil!
- İspaniyada çoxları Ronaldonun Messidən güclü olduğunu hesab düşünür...
- Mən isə elə hesab etmirəm. Sadəcə, insanlar başa düşməlidir ki, Messinin adı Lioneldir, xilaskar yox. O, həmişə “Barsa”nı arxasınca darta bilməz. Əlbəttə, 2 uğursuz matç göstərici deyil. Sözsüz, Ronaldo dahidir, fenomendir, əsl vəhşidir. Ancaq Messi daha yaxşıdır. Yeri gəlmişkən, fikrimcə Aquero “Real”a keçsəydi Ronaldonun istedadı daha geniş açılardı. Bu, çox maraqlı olardı. Ancaq Serxio “Mançester Siti”nin oyunçusudur.
- Belə görünür ki, Mourinyo “Real”dan gedəcək...
- Bəli, bu, üzücüdür. Onun kimilər daha yoxdur. Elə Xosep Qvardiola kimi də. Məsələn, “Barselona”nın indiki oyunu məni məyus edir. Vilanova əla oğlandır. Əminəm ki, tezliklə sağalacaq. Elə məşqçi kimi də yaxşıdır. Ancaq Qvardiolasız “Barselona”nın oyunu əhəmiyyətini itirib. O, sadəcə, dağılıb. “Barselona” yorğun görünür.
- Sizcə, Mourinyonu kim əvəzləyəcək?
- Onu əvəzləmək qeyri-mümkündür. O başqa məsələ ki, “Real”ın bəzi liderləri Jozenin getməyini istəyir. Bu, təəccüblü deyil. Onun xarakteri hədiyyə deyil.

0
0