Millimizlə ilk sınaq
05.03.2013 - 11:50
Millimizlə ilk sınaq
Sabah Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın milli komandalar arasında "Kuban baharı" beynəlxalq turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 12 komandanın mübarizə aparacağı yarışda 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması da iştirak edəcək.

Komandamız Çin, Estoniya və Ukrayna ilə birgə C qrupunda yer alıb. Yarışın əsasnaməsinə görə, hər qrupda ilk 2 yeri tutan komanda və 3-cü yerin sahibləri arasında ən yaxşı göstəriciyə malik cütlük 1/4 finala vəsiqə qazanacaq. 4 uğursuz komanda isə dairəvi sistemlə mübarizə aparacaq.

Turnir millimizə yeni təyin olunan baş məşqçi Patrisiya Qonzalesin ilk sınağıdır. Bu postda Zamin Əsədullayevi əvəzləyən ispaniyalının yetirmələri qrupdan çıxmağa çalışacaq. 2004-cü ildən keçirilən yarışın son finalçısı – 2012-ci ildə həlledici qarşılaşmada KXDR-a uduzan Çin futbolçuları millimizin yer aldığı qrupun favoritidir. Lakin yığmamız ən azı 2-ci yer üçün mübarizə apara bilər.

A qrupu: KXDR, Rumıniya, İran, Krasnodar vilayəti
B qrupu: Slovakiya, Rusiya, ABŞ, Türkiyə
C qrupu: Çin, Azərbaycan, Estoniya, Ukrayna

6 mart
KXDR - Krasnodar vilayəti
Slovakiya - Türkiyə
Rusiya - ABŞ
Çin - Ukrayna

7 mart
Azərbaycan - Estoniya
Rumıniya - İran

8 mart
Krasnodar vilayəti - İran
KXDR - Rumıniya
Türkiyə - ABŞ
Slovakiya - Rusiya
Ukrayna - Estoniya
Çin - Azərbaycan

10 mart
Rumıniya - Krasnodar vilayəti
İran - KXDR
Rusiya - Türkiyə
ABŞ - Slovakiya
Azərbaycan - Ukrayna
Estoniya - Çin

11 mart
9-12-ci yerlər uğrunda. 1-ci tur

12 mart
1/4 final

13 mart
9-12-ci yerlər uğrunda. 2-ci tur

14 mart
1/2 final. 5-8-ci yerlər uğrunda

15 mart
9-12-ci yerlər uğrunda. 3-cü tur

16 mart
III yer uğrunda oyun.
Final