Braziliyalı hücumçu “Qarabağ”a qoşuldu
05.03.2013 - 11:59
“Qarabağ” ölkə kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab matçının hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının təsnifat mərhələsinin “İnter”lə son qarşılaşmasına 5 itki ilə çıxan Ağdam təmsilçisinin problemləri müəyyən qədər həll olunub.
Belə ki, martın 7-dəki oyuna hazır olacağı gözlənilən Ansi Aqollinin ardınca zədəli Riçard Almeyda da artıq komandayla məşqlərdə iştirak edir. Braziliyalı hücumçu artıq komandaya qoşulub. Kristian Torres və yeni transfer Emeka Opara da komanda ilə çalışmalara qatılır. Yeganə itki isə meydana çıxma ehtimalı olmayan Branimir Subaşiçdir.
Qeyd edək ki, “Qarabağ”ən “Qəbələ” ilə 1/4 finaldakı səfər oyunu 1:1 hesabı ilə başa çatmışdı.

- “Real Madrid” Mbappeyə görə Çindən üzr istədi – RƏSMİ
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
0
0