Zəif
05.03.2013 - 13:33
Zəif
“Neftçi” Azərbaycan Premyer Liqasında təsnifat mərhələsinin ən zəif qalibidir. Apasport.az saytının məlumatına görə, 2008-ci ildən Premyer Liqa adlanan və 2009/10 mövsümündən “altılıq” sistemi ilə keçirilən yarışın təsnifat mərhələsində ən az xal toplayan Böyükağa Hacıyevin yetirmələridir.

“Ağ-qaralar” cəmi 44 xalla mərhələnin qalibi oldular. Bu da Hacıyevin komandasının ən zəif göstəriciyə imza atdığını göstərir. Ən yaxşı nəticə isə 3 il əvvəlki “İnter”ə və ötənilki “Neftçi”yə məxsusdur – 49 xal.

2009/10
İnter
22
15
4
3
36-18
49
2010/11
Neftçi
22
14
6
2
40-9
48
2011/12
Neftçi
22
16
1
5
45-17
49
2012/13
Neftçi
22
14
2
6
47-24
44

İlk “altılığ”a düşmək üçün lazım olan xal da azalıb. Belə ki, bu dəfə cəmi 6-cı – ilk “altılıq”da sonuncu yerin sahibi cəmi 30 xal toplayıb. Bu da eyni pilləni tutanlar arasında ən zəif göstəricidir. Hərçənd, ötən il də, 3 il əvvəl də bunun üçün 35 xal lazım olmuşdu.

2009/10
Neftçi
22
9
8
5
20-14
35
2010/11
Bakı
22
9
6
7
28-21
33
2011/12
Qəbələ
22
10
5
8
27-23
35
2012/13
Bakı
22
6
12
4
24-15
30

Ötən ilki kimi yenə 7-ci olan AZAL bu dəfə də 29 xalla ilk “altılıq”dan kənarda qaldı. “Təyyarəçilər”in son 2 ildəki nəticələri kənarda qalan ilk komandalar arasında daha aşağıdır. 3 il əvvəl 34 xal da 6-cı olmağa kifayət etməmişdi. 2 il öncə isə 31 xal yalnız 7-ciliyə yetərli olmuşdu. Hərçənd, həmin nəticələr cari mövsüm “Bakı”nı kənarda qoymağa kifayət edərdi.

2009/10
Simurq
22
9
7
6
26-21
34
2010/11
Qəbələ
22
8
7
7
19-14
31
2011/12
AZAL
22
8
5
9
35-36
29
2012/13
AZAL
22
7
8
7
32-25
29

İlk “altılığ”ın 1-ci və sonuncu, həmçinin 2-ci “altılığ”ın 1-ci komandalarının müqayisəsindən sonra autsayderlərin də nəticəsinə nəzər salmaq maraqlı olar. “Kəpəz” nə qədər zəif çıxış etsə də, 2 il əvvəlki MOİK-in yanında daha yaxşı nəticəyə imza atıb.

2009/10
Karvan
22
2
5
15
17-36
11
2010/11
MOİK
22
1
3
18
6-47
6
2011/12
Turan
22
3
2
17
13-33
11
2012/13
Kəpəz
22
2
4
16
12-45
10

Təsnifat mərhələsinin ən məhsuldar və ən az qol vuran komandalarının müqayisəsində “Neftçi”nin indiki nailiyyəti diqqət çəkir. Belə ki, son 4 ildə 2-ci dəfə 22 oyun keçirən komanda 44 və ya daha çox qol vurur. Yəni, orta məhsuldarlıq 2-dən aşağı olmur. Belə göstəriciyə Premyer Liqanın təsnifat mərhələlərində imza atan elə “Neftçi”nin özü idi. Ötən mövsüm 22 matça 45 dəfə fərqlənən bakılılar həmin rekordu 2 qol da üstələyib. 4 mövsümün ən az qol vuranları arasında isə MOİK seçilir – 6 qol.

ən məhsuldar
ən az qol vuran
2009/10
İnter
36
Muğan
12
2010/11
Neftçi
40
MOİK
6
2011/12
Neftçi
45
Turan
13
2012/13
Neftçi
47
Kəpəz
12


Ardıcıl 2-ci dəfə təsnifat mərhələsində ən az qol buraxan “İnter” oldu. Lakin bakılılar ötənilki rekordlarından çox uzaq qaldı. “Kəpəz” isə 1 il əvvəlki kimi çox qol buraxmaqla fərqləndi. Lakin gəncəlilər MOİK-in 2 il əvvəlki durumundan daha yaxşı vəziyyətdədir.

Qeyd edək ki, 1995/96, 1998/99 və 2001/02 mövsümlərində də “altılıq” sistemi tətbiq olunub. Lakin həmin vaxtlar çempionat Premyer Liqa adlanmırdı.