“Rubin” və Azərbaycan klubları
05.03.2013 - 15:08
Avropanın milli çempionatlarının dəyəri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Topaz Premyer Liqasının timsalında 48 ölkə arasında 32-dir.
Belə ki, çempionatımız 50 milyon 900 min avroluq qiymətləndirilib. Bu da klublarımıza, orada oynayan futbolçuların dəyərinə əsasən müəyyənləşir. Hər kluba 4 milyon 241 min 667 avro düşür. 12 komandanın iştirakçısı olduğu Premyer Liqamızın qiyməti ötən illə müqayisədə 1 milyon 900 min avro aşağı düşüb.
Avropanın ən bahalı 100 klubu arasında təmsilçimiz olmasa da, millimizin müdafiəçisi Ruslan Abışovun az öncə keçdiyi “Rubin” var. 98 milyon 600 min avro qiymətləndirilən Kazan təmsilçisi 47-ci yerdə gedir. Ən bahalı klub “Barselona”, ən dəyərli çempionat isə İngiltərə sayılıb.

0
0