“Xəzər Lənkəran”ın əvəzolunmazı
05.03.2013 - 15:19
“Xəzər Lənkəran”ın əvəzolunmazı
Topaz Premyer Liqasının başa çatan təsnifat mərhələsində yalnız 5 futbolçu bütün matçlarda meydana çıxıb. Apasport.az saytının məlumatına görə, yalnız 1 klub - “Xəzər Lənkəran”da 2 belə futbolçu var. Bunlar Rahid Əmirquliyevlə Adrian Pitdir.

Onlardan başqa, “Neftçi”dən Nikolas Kanales, AZAL-dan Junior Nildo, “Qarabağ”ın futbolçusu Admir Teli də təsnifat mərhələsində 22 matç keçirib. Lakin bu 5 oyunçudan yalnız ikisi əvəzolunmadan meydanda mübarizə aparıb.

Belə ki, təsnifat mərhələsində 1980 dəqiqə oynayanlar yalnız Teli və Əmirquliyevdir. Ötən mövsüm də əvəzolunmaz olan Admir artıq 68 çempionat oyunudur fasiləsiz “Qarabağ” üçün çalışır. Təsnifat mərhələsində isə Rahidin simasında ona da şərik tapılıb.