Aleksandr Çivadze: Bakını görəndə tanımadım
02.05.2013 - 10:30
“Sona qədər oynaya bilmədim. Hər halda, qocalıq sevinc deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Gürcüstan milli komandasının sabiq baş məşqçisi Aleksandr Çivadze deyib.
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş veteranlar arasında yoldaşlıq görüşündə beynəlxalq yığmanın heyətində azərbaycanlılara qarşı oynayan keçmiş müdafiəçi artıq ilk hissədə mübarizəni dayandırdı. Belə ki, SSRİ yığmasının sabiq kapitanı 60 dəqiqəlik matçın ikinci hissəsində artıq mülki geyimdə matçı kənardan izləyirdi.
58 yaşlı Çivadzenin sözlərinə görə, hazırkı vəziyyətdə yalnız bir hissə meydanda ola bilərdi: “Yaxşı, maraqlı oyun oldu. Nə qədər canlı əfsanələr oynayırdı... Hər şey yüksək səviyyədə idi. Bizdən gənclər meydanda yaxşı, aqressiv idilər. Hər halda, yaş öz sözünü deyir”.
O, hamının normal təsir bağışladığını bildirib: “Heç kimi fərqləndirmək istəmirəm. Düzdür, bizdən qolu həmyerlim Arçil Arveladze vurdu. Digər gürcü futbolçulardan Kaxaber Sxadadze müdafiənin arxasında, Tengiz Sulakveridzə sağında yaxşı idi. Şota Arveladze isə komandasının oyunu olduğuna gələ bilmədi”.
Gürcü mütəxəssis uzun fasilədən sonra Bakını görəndə, xoş sürprizlə üzləşib: “Bakını yaxşı mənada tanımadım, çox gözəlləşib. Mən buna çox şadam. Azərbaycan futbolunda da inkişaf gedir. Bunlar məni sevindirir”.
Mehman SÜLEYMANOV

0
0