Qızıla bərabər oyun: “Qarabağ” intriqanı saxlaya biləcəkmi?
02.05.2013 - 19:30
Qızıla bərabər oyun: “Qarabağ” intriqanı saxlaya biləcəkmi?
Sabah Topaz Premyer Liqasında XXIX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, artıq bu turda çempionluğun taleyi müəyyənləşə bilər. Çünki lider “Neftçi” ilə ən yaxın izləyicisi “Qarabağ” üz-üzə gələcək və bunu mövsümün oyunu saymaq olar.

“Neftçi” ötən tur qalib gəldiyi “İnter”lə xal fərqini 7-yə yüksəltməklə rəqibinin birini sıradan çıxardı. İndi “Qarabağ”la sınağı gözləyən çempion yenə qalib gələrsə, qızıl medalları özü üçün təmin etdiyini artıq indidən söyləmək olar. Düzdür, futbol sürprizlərlə doludur və bunu inkar etmək olmaz. Ancaq “Neftçi”nin 3 tur qalmış 6 xallıq üstünlüyü əldən verəcəyi heç inandırıcı görünmür.

“Qarabağ” isə qələbə qazanmaqla, çempionluq intriqasını saxlayacaq. Bu zaman xallar bərabərləşəcək və şərikli liderlər qalan 3 turda büdrəməsə, hər şey “Qızıl oyun”a doğru gedəcək. Ağdamlılar şəxsi oyunlarda üstünlüyü artıq təmin etdiyindən, 1-ci pilləni ələ keçirəcəklər. “Neftçi” kubokda mübarizədən kənarlaşdırdığı, ancaq çempionatda hər 3 oyunda uduzduğu “Qarabağ”la ən pis halda heç-heçə edib, 3 xallıq fərqi saxlamalıdır.

“İnter”in isə qızıla da olmasa, gümüşə şansı realdır. Özü də “Qarabağ” uduzsa, onunla xal fərqi minimuma enəcək. Deməli, ağdamlıların məğlubiyyəti qızılın taleyini aydınlıq gətirəcəksə, gümüş mübarizəsini gərginləşdirəcək. Təbii ki, bunun üçün “İnter” “Bakı”ya qalib gəlməlidir. “Zolaqlılar” Avropaya vəsiqə verə bilən 4-cü yerə mübarizəsini davam etdirdiyindən, qələbə onlar üçün də çox vacibdir.

“Simurq” heç bir iddiası qalmayan “Qəbələ”ni qonaq edəcək. Cəzalı baş məşqçisi Georgi Çixradzeni cari mövsümlük itirən “Simurq”u qalan oyunlara köməkçisi İqor Getmanın çıxaracağı gözlənilir.

3 may
17:00. “Turan” – AZAL
Bakı. “Dalğa Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 0:0, 0:2

18:00. “Simurq” – “Qəbələ”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 1:0, 1:1

19:00. “Xəzər Lənkəran” – “Kəpəz”
Lənkəran. Mərkəzi şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 4:0, 1:0, 2:1

4 may
17:00. “Sumqayıt” – Rəvan”
Bakı. “Bayıl Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 3:2, 0:3

19:00. “Qarabağ” – “Neftçi”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 1:0, 2:1

21:00. “İnter” – “Bakı”
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 1:0, 2:1

komandaoqhmtx
1
Neftçi
28
18
3
7
55-28
57
2
Qarabağ
28
15
9
4
39-23
54
3
İnter
28
14
8
6
35-20
50
4
Simurq
28
10
10
8
28-25
40
5
Bakı
28
8
14
6
26-21
38
6
Qəbələ
28
9
7
12
30-36
34
7
AZAL28
12
9
7
45-29
45
8
Rəvan
28
11
4
13
39-41
37
9
Xəzər L
28
8
10
10
37-34
34
10
Sumqayıt
28
7
9
12
25-45
29
11
Turan
28
7
6
15
29-50
27
12
Kəpəz
28
3
4
21
15-55
13

Bombardir: Nikolas Kanales (Neftçi) – 24
0