Millimizin hücumçusu məşqlərə başladı
02.05.2013 - 20:37
Topaz Premyer Liqasının XXIX turu çərçivəsində “Bayıl Arena”da “Rəvan”la qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu gün səhər məşqinə çıxan komanda daha çox topla çalışmalara üstünlük verib.
Son turda “Kəpəz”lə qarşılaşmada zədələnən Pərdis Fərcad-Azad hələ ki məşqlərə qatılmır. Bir müddət əvvəl əməliyyat olunan Orxan Əliyev isə artıq yüngül məşqlərə başlayıb. Bundan başqa, əvəzedici komandanın üzvü Süleyman Piriyev əsas komanda ilə birlikdə hazırlaşır.
Qeyd edək ki, “Sumqayıt” – “Rəvan” oyunu mayın 4-də “Bayıl Arena”da saat 17:00-da start götürəcək.

0
0