“Baş məşqçi mənə etibar etmir” – MÜSAHİBƏ
03.05.2013 - 17:00
“İnter”in bolqarıstanlı futbolçusu Petar Zlatinovun apasport.az saytına müsahibəsi
- Cari mövsüm sona yaxınlaşsa da, meydana çıxmamısınız. Ağır zədədən sonra vəziyyətiniz necədir?
- Mən çoxdan hazıram və oynaya bilərəm. Ancaq baş məşqçi mənə etibar etmir.
- Gürcüstanlı çalışdırıcı Kaxaber Sxadadze formada olmadığınız üçün sizi meydana buraxmağa risk etmir?
- Bunu ondan soruşmaq lazımdır. Sizə dəqiq heç nə deyə bilmərəm. Əsas odur ki, heç bir problemim yoxdur. Sadəcə, oynamağım məndən asılı deyil.
- Sxadadze ilə münasibətlərinizdə problem yoxdur ki?
- Xeyr.
- Sizin oynadığınız yarımmüdafiə xəttində rəqabət böyükdür...
- Razıyam. Ola bilsin oynamamağım bununla bağlıdır. Başqaları məndən yaxşı olduğu üçün oynamıram. Hər şey mümkündür. Başlıcası odur ki, zədəm keçdi və yaxşı hazırlaşdım.
- Ötən yay Avroliqada Yunanıstanda “Asteras”la oyunda zədələndiniz. Əsas problem nə idi?
- Əzələ bağlarım qırılmışdı. Lazımı diaqnoz gec qoyuldu, cərrahiyyə əməliyyatı etdirdim və vaxt uzun çəkdi. Yanvardan bu yana komanda ilə birgəyəm. Aydın məsələdir ki, əvvəl çətin idi. Ancaq gündən-günə özümü daha yaxşı hiss edirdim. Allaha şükür ki, indi hər şey normaldır.
- Dərhal əsas heyətdə oynamasınız da, yavaş-yavaş sonradan meydana buraxılacağınızı gözləyirdiniz? Hərçənd, 1 dəqiqə də olsun oynamamasınız...
- Elədir. Mən vəziyyətimizi başa düşürəm. Ancaq ehtiyatda qalmağım məndən asılı deyil.
- Kənardan “İnter”dən oyunu sizdə hansı təəssürat yaradır?
- Normal. Çempionluq mübarizəsində hələ şansımız qalır. Düzdür, mövqeyimizi bir az əldən verdik. Ancaq hələ şans var və komanda son tura kimi oynamalıdır. Nə alınacağına axırda baxarıq. Əsas məsələ hər oyunda qələbəyə oynamaqdır. Buna nail olsaq, hər matçda qalib gəlsək, onda çempion olacağıq. Əks təqdirdə yox. Yəni hər şey qələbələrimizdən asılıdır.
- “Neftçi” ilə xal fərqinizin 7 olduğunuzu nəzərə alsaq, çempionluq çətindir. Ancaq gümüş medalçı olmağınız realdır...
- Əlbəttə, çempionluq çətin olacaq. Ancaq ümidimiz qalır və sona kimi mübarizə aparacağıq.
- “Bakı” ilə sabah ev oyununuzdan çox şey asılı olacaq. Qalib gəlsəniz, medalçı, Avropaya vəsiqəniz rəsmiləşəcək...
- Bu oyun hər ikimiz üçün vacibdir. Qalib gəlmək istəyirik. Fikrimcə, qalan matçların hamısı bizim üçün əhəmiyyətlidir. Buna görə bir oyunu digərindən fərqləndirmək lazım deyil. Elə ola bilər ki, sabah qalib gələrik, ancaq sonrakı matçlarda yaxşı oynamarıq. Bununla da nəticə qazana bilmərik. Hər oyunda qələbəyə və hazırda olduğumuz 3-cü yerdən yuxarı nəticə qazanmağa çalışmalıyıq.
- Sabah keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun nəticəsi də sizin önəmlidir. Həmin matçdan nə gözləyirsiniz?
- Həmin matç bizi maraqlandırmır. Bu, rəqiblərimizin oyunudur. Biz öz oyunumuzu düşünürük. Qalan şeyə sonra baxacağıq.
- 2008-ci ilin yanvarından “İnter”də oynayaraq, onun veteranlarından birisiniz. İndiki vəziyyətinizdən nə dərəcədə razısınız? Gələcək perspektivinizi necə görürsünüz?
- Bu mövsüm belə alındı. Ancaq bu, qismətdir, özün heç nə edə bilməzsən. Faktları olduğu kimi qəbul edirəm.
- Azərbaycan karyeranızı bitirmək haqda düşünürsünüz?
- Yox. Mən yenə və yenə oynayacağam. Əsas odur ki, mövsümü uğurla başa vuraq.
- “İnter” sizinlə müqaviləni uzadar? Deyilənə görə, sizinlə yolları ayıracaqlar...
- Bilmirəm. Bunu artıq rəhbərlik müəyyənləşdirəcək. “İnter”ə lazım olmasan, başqa təkliflərə baxacağam. Ancaq hələ ki gələcək taleyimizlə bağlı danışmamışıq.
- “İnter”in prezidenti həmyerliniz Georgi Nikolovdur. Sizcə, o, həmyerlisiniz klubda saxlayar?
- (gülür) Mən digərlərinin yerinə düşünmürəm. İstəsələr, uzadacağıq. İstəməsələr, özümüzə başqa yer axtaracağıq. Hər halda, sağ-salamatıq.
- Başqa Azərbaycan klubunda oynamaq və ya artıq vətənə qayıtmaq haqda düşünmüsünüz?
- Hələ ki yox. Lazım gələndə, bunu düşünməyə məcbur olacaqsan.
Mehman SÜLEYMANOV

0
0