Petar Zlatinov artıq əvəzedicilərdə qol vurur…
03.05.2013 - 17:36
Petar Zlatinov artıq əvəzedicilərdə qol vurur…
Bu gün əvəzedici komandaların ölkə birinciliyində XXIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, keçirilən 3 oyunda azsaylı tamaşaçı ordusu 10 qola şahidlik edib.

Əsas komandada ehtiyatda gününü keçirən bolqarıstanlı yarımmüdafiəçi Petar Zlatinov əvəzedicilərdə “Bakı”nın darmadağın edilməsində əsas pay sahibi olub. Beləliklə, “İnter” “zolaqlılar”ı məğlub etməklə onların çempionluq arzusunun üzərindən bu turluq xətt çəkib. Bu isə II pillədə olan “kiçik qardaş” “Simurq”un işinə yarayıb.

“Neftçi” isə ilk “altılığ”ın ən zəif komandası olan “Qarabağ” üzərində əzmkar qələbə qazanıb. Maraqlıdır ki, Ağdam klubunun qollarını əsas komandanın baş məşqçisi Qurban Qurbanovun bacısı oğlu Tural İsgəndərov və PFL prezidenti Ramin Musayevin oğlu Elvin Musazadə rəqib qapısından keçirib.

İnter (Bakı) – Bakı 3:0
Qollar: Petar Zlatinov, 18; Nurxan Mənsimzadə, 20 (p.); İlkin Sadıqov, 85

Qarabağ (Ağdam) – Neftçi (Bakı) 3:4
Qollar: Tural İsgəndərov, 20; 59; Elvin Musazadə, 47 - Eşqin Quliyev, 24; 85; Elnur Soltanlı, 37; Elşən Abdullayev, 89

Sumqayıt - Rəvan (Bakı) 0:0

N
Klublar
O
Q
H
M
T-F
X
1
Bakı
29
20
2
7
58-31
62
2
Simurq
29
17
4
8
51-35
55
3
Neftçi
29
17
2
10
62-41
53
4
İnter
29
15
6
8
57-22
51
5
Qəbələ
29
15
4
10
43-34
49
6
Qarabağ
29
13
2
14
52-59
41
7
Kəpəz
29
10
6
13
33-45
36
8
Xəzər Lənkəran
29
10
5
14
41-43
35
9
Sumqayıt
29
10
5
14
46-47
35
10
Rəvan
29
10
4
15
33-45
34
11
AZAL
29
9
4
16
41-61
31
12
Turan
29
4
4
21
22-76
16
0