İAM-dan Azərbaycan – Lüksemburq matçı ilə bağlı təklif
06.05.2013 - 17:48
Azərbaycanda idmanla bağlı qeyri-hökumət təşkilatı (QHT) – İdman Araşdırmalar Mərkəzinin (İAM) yaradılmasından 1 il ötür. 2012-ci il mayın 5-də yaradılan İctimai Birliyin sədri Elşən Məmmədov apasport.az saytına açıqlamasında ötən müddət ərzində gördükləri işlərdən danışıb.
O bildirib ki, İAM qarşısına qoyduğu məqsədlərə uyğun olaraq, Azərbaycan idmanında baş verən proseslərlə əlaqədar bəyanatlar yayıb, təhlil aparıb, sorğu, treninq keçirib və müxtəlif təkliflər irəli sürüb. Məmmədov həyata keçirdikləri layihələrə misal olaraq, Azərbaycan Premyer Liqasında 2011-2012-ci il mövsümündə müxtəlif nominasiyalar üzrə ən yaxşıların müəyyənləşdirilməsini və 2012-ci il London Yay Olimpiya Oyunlarını ölkəmizdə yayımlayan telekanalların şərhçiləri üçün Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə birgə treninqi göstərib.
Təkliflərə gəlincə, İAM sədri irəli sürdükləri Topaz Premyer Liqası, I divizion və Azərbaycan Kubokunun formatını xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu təklif hazırkı şəraitdə ən münasibidir və gec-tez qəbul olunacaq. Baxmayaraq ki, AFFA İcraiyyə Komitəsi növbəti mövsüm Premyer Liqanın 10 komandanın iştirakı ilə 4 dövrəlik sistemlə keçirilməsi barədə qərar qəbul edib.
Bundan başqa, təşkilat iyunun 7-də Azərbaycan və Lüksemburq milli komandaları arasında “Bakcell Arena”da keçiriləcək 2014-cü il dünya çempionatına azarkeş axınını təmin etmək üçün AFFA-ya “SƏN DƏ QOŞUL, BİZİMLƏ OL!” lahiyəsini təqdim edib.
Məmmədovun sözlərinə görə, İAM dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyətini daha da genişləndirmək niyyətindədir: “Hazırda müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişik. Ümid edirik ki, yaxın müddətdə İAM dövlət qeydiyyatına alınacaq və idmanla bağlı ən fəal QHT kimi daha geniş miqyasda fəaliyyət göstərmək imkanı əldə edəcəyik”.

0
0