Böyükağa Hacıyev: Bu gün çempion olmaq qismətimizdə yox imiş
09.05.2013 - 22:33
“Bu gün çempion olmaq qismətimizdə yox imiş”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə məxsusdur.
Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXX turu çərçivəsində evdə “Simurq”la heç-heçə (1:1) etmələrini dəyərləndirib: “Buraxdığımız qolda rəqibin topa zərbəsi komanda yoldaşına dəyərək istiqamətini dəyişdi və qapıya daxil oldu. Qarşıda “Qəbələ” və “Bakı” ilə oyunlarımız var. Çempion olmaq üçün 1 xal qazanmalıyıq. Yarımmüdafiə xəttində müəyyən çətinliklərimiz var idi. Nikolas Kanalesin bu gün olmaması da oyunumuza təsir etdi”.

0
0