“Qarabağ” daha iki futbolçu ilə müqavilə imzaladı
13.05.2013 - 20:50
“Qarabağ” müqaviləsi başa çatan futbolçularla sazişləri yeniləməkdə davam edir. Apasport.az saytının məlumatına görə, daha öncə Ağdam klubu Vüqar Nadirov və Maksim Medvedevlə 2 illik yeni müqavilə imzalamışdı.
Artıq daha 2 futbolçu ilə müqavilələr yenilənib. Fərhad Vəliyev və Namiq Yusifov da daha 2 il “Qarabağ”ın formasını geyinəcək.
Qeyd edək ki, Fərhad Vəliyev 2007-ci ilin yayından “Qarabağ”ın uğurları üçün tər tökür. 33 yaşlı qolkiperin yeni müqaviləyə əsasən 2015-ə qədər komandanın şərəfini qoruyacaq.
27 yaşlı Namiq Yusifov isə 2008-ci ildən “Qarabağ”da forma geyinir.
Mənbə: qarabagh.com

0
0