Avropa Liqası: Bakı “İnter”i səpələndi
14.05.2013 - 16:38
Avropa Liqası: Bakı “İnter”i səpələndi
Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanı təmsil edəcək “İnter”in püşk zamanı yer alacağı səbət müəyyənləşib. Apasport.az saytının məlumatına görə, klubların əmsallar cədvəlində hesabında 3,458 xalı olan “bankirlər” səpələnmişlər sırasında qərarlaşacaq. Bu isə bakılılara nisbətən zəif rəqib vəd edir.

Ümumiyyətlə, mərhələnin 76 iştirakçısından 39-nun adı məlumdur. Onlardan 16-sı səpələnmiş, 15-i səpələnməmiş olacağını artıq indidən bilir. Digər 8 klubun taleyinə digər iştirakçılar müəyyənləşəndə aydınlıq gələcək.

Adları bilinməyən 37 klubdan 3-nün səpələnmişlər, 8-nin isə zəiflər sırasında yeri təmin olunub. Digər 26 yerin sahibinin nə adı, nə də səbəti bilinir. Elə digər 2 Azərbaycan klubu da onlar arasındadır.

Lakin həmin vəsiqələrdən birini ələ keçirəcək – çempion olmayacaq komanda - “Neftçi” və ya “Qarabağ” (5,708) səpələnmişlərdən biri olacaq. Digər vəsiqəyə ən real namizəd olan “Xəzər Lənkəran” isə 2,958 xalla hər 2 səbətə düşə bilər. Avrokubok şansı möcüzəyə oxşayan “Bakı” (3,958) ilə “Simurq”un (1,958) inanılmaz xəyalları onları gerçəkləşərsə, onların səbəti bilinir. Bakılılar belə olan halda səpələnmişlər, zaqatalalılar isə səpələnməmişlər arasında duracaq.

Səpələnmişlər: “Rusenborq” (Norveç, 16,835), “Ventspils” (Latviya, 6,658), “Tromse” (Norveç, 6,335), “Aktobe” (Qazaxıstan, 6,191), “Sent Patriks” (İrlandiya, 5,975), “Malmö” (İsveç, 5,125), “Reykyavik” (İslandiya, 4,583), “İnter” (Finlandiya, 4,201), “Levadiya” (Estoniya, 3,941), “Linfild” (Şimali İrlandiya, 3,866), “Valetta” (Malta, 3,791), “Metallurq” (Latviya, 3,658), “Gefle” (İsveç, 3,625), “Pünik” (Ermənistan, 3,600), “İnter” (Azərbaycan, 3,458), “Skonto” (Latviya, 3,408), Belarus, Rumıniya, Bolqarıstan hərəsindən 1 komanda

Səpələnməmişlər: “Kruzaders” (Şimali İrlandiya, 1,866), “Santa Koloma” (Andorra, 1,850), “Jalgiris” (Litva, 1,800), “Mariehamn” (Finlandiya, 1,701), “Mika” (Ermənistan, 1,600), “Vestmannaeyar” (İslandiya, 1,583), “Droeda” (İrlandiya, 1,475), “Trans” (Estoniya, 1,441), “Qandzasar” (Ermənistan, 1,350), “Astana” (Qazaxıstan, 1,191), “Vikinqur” (Farer adaları, 1,066), “Kukesi” (Albaniya, 0,833), “Fulafyordur” (Farer adaları, 0,566), “Brayton” (Uels, 0,516), “Prestatin” (Uels, 0,516), San Marinodan 2, Moldova, Monteneqro, Lüksemburq, Malta, Uels, Albaniya hərəsindən 1 komanda

Qeyri-müəyyənlər: “Suduva” (Litva, 3,300), “Vaduts” (Lixtenşteyn, 3,200), “Flora” (Estoniya, 3,191), “Torshavn” (Farer adaları, 2,816), TPS (Finlandiya, 2,701), “Breydavik” (İslandiya, 2,583), “Qlentoran” (Şimali İrlandiya, 2,366), “İrtış” (Qazaxıstan, 1,941), Makedoniyadan 3, Moldova, Monteneqro, Azərbaycan, Macarıstan, Sloveniya, Gürcüstan, Bosniya və Herseqovina, Lüksemburq hərəsindən 2, Serbiya, Slovakiya, Bolqarıstan, Litva, Malta, Albaniya, Andorra hərəsindən 1 komanda.
0