“Benfika” qazanmağa layiqli idi”
16.05.2013 - 06:05
“Benfika” qazanmağa layiqli idi”
“Mən burada olduğum üçün qürur duyuram. Bu gün dünya gördü ki, “Benfika” qazanmağa layiqli idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Benfika”nın baş məşqçisi Corc Jesusə məxsusdur.

O, Avropa Liqasının finalında “Çelsi”yə (1:2) məğlub olmalarına şərh verib: “Qələbəyə layiq olduğumuz azarkeşlərimizə sübut etdik. “Benfika” matçın çox hissəsi boyunca daha üstün, mütəşəkkil oynayırdı. Texniki və taktiki cəhətdən güclü rəqibimizi üstələyirdik. “Çelsi” əks-hücumlarda təhlükəli idi. Əgər ilk hissədə biz ingilislərə bu silahdan istifadə etməyə icazə verməsəydik, onda daha yaxşı olardı. Fasilədən sonra rəqibin taktikası uğurlu alındı”.