“Neftçi” Çempionlar Liqasına ikinci komandasını çıxarır
17.05.2013 - 17:10
Bu il Avropa futbolu tarixində ilk dəfə yeniyetmələr arasında UEFA Çempionlar Liqası keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk dəfə baş tutacaq turnirdə 32 klub mübarizə aparacaq.
2013/14 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn 32 iştirakçının U-19 komandası əsas heyətlərlə paralel olaraq 8 qrupda mübarizə aparacaq. Sadəcə, burada 1/8, 1/4, 1/2 və final matçları 2 deyil, 1 oyundan ibarət olacaq. Bir sözlə, hər komanda maksimum 10 matça çıxacaq.
Tarixdə ilk dəfə baş tutacaq və rəsmi adı UEFA Yeniyetmələr Liqası olacaq yarışda Azərbaycanı “Neftçi” də təmsil edə bilər. Bunun üçün ölkə çempionu olan əsas komanda da qrup mərhələsinə vəsiqə qazanmalıdır. Böyükağa Hacıyevin yetirmələri qrupa düşərsə, yeniyetmələr də avtomatik eyni qrupda mübarizə aparacaq.
Qeyd edək ki, “Neftçi” U-19 Liqasında yalnız 4-cü olub.

0
0