Millimizin futbolçuları çətin durumda
18.05.2013 - 14:50
Rusiya Futbol İttifaqı klubların lisenziyalaşdırılması prosesini yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Nikolay Tolstıx 13 komandanın bu proseduru keçə bilmədiyini açıqlayıb. Azərbaycan milli komandasının futbolçuları David Qarayevlə Şamil Qurbanovun komandası də çətin duruma düşənlər sırasındadır. Onların müvafiq olaraq çıxış etdiyi “OİK-Enerji” və “Baltika” klubları lisenziya ala bilməyib.
Qeyd edək ki, lisenziya almayan klubların apellyasiya verəcəyi gözlənilir.
Qeyd edək ki, lisenziya almayan klubların apellyasiya verəcəyi gözlənilir.
0
0