Luis Araqon əvəzedici heyətin futbolçularını bəyəndi
19.05.2013 - 18:20
Luis Araqon əvəzedici heyətin futbolçularını bəyəndi
“Mövsüm başa çatdı, son oyunumuzda qalib gəlmək istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi Luis Araqon deyib.

O, Topaz Premyer Liqasının XXXII - mövsümün son turunda səfərdə “İnter”ə minimal hesablı məğlubiyyətə şərh verib: “Bundan öncəki oyunlarda uğurlu çıxış etmişdik. İlk hissədə üstün tərəf idik. Bir neçə qol imkanından yararlana bilmədik. İkinci hissədə bərabər səviyyəli oyun getdi. Rəqib əks-hücumda qələbə qolunu vurdu. Əvəzedici komandamızdan əsas heyətə cəlb etdiyimiz futbolçuların oyununu bəyəndim. Tərzin Cahangirov və Kamal Mirzəyevin gələn mövsümdən əsas heyətdə çıxış edə biləcəklərini düşünürəm”.

Mənbə: pfl.az
0