“Portu” ardıcıl 3-cü çempionluğunu qazandı
20.05.2013 - 01:10
Futbol üzrə daha bir ölkənin çempionu bəlli olub. Apasport.az saytının məlumatına görə, “Portu” Portuqaliya çepmpionatının son turunda “Pasuş de Ferreyra” üzərində 2:0 hesabı ilə qalib gələrək, ardıcıl 3-cü dəfə qızıl medallara yiyələnib.
Ötən tur Avroliqanın finalçısı “Benfika”nı məğlub edib sona 1 tur qalmış liderliyi ələ keçirən “Portu” bu dəfə də “Pasuş de Ferreyra”nı məğlub etməkdə çətinlik çəkməyib. 23-cü dəqiqədə Luço Qonsales və 52-ci dəqiqədə Cekson Martinesin vurduğu qollarla “Portu” tarixində 27-ci çempionluğuna sahib olub.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0