Rasim Ramaldanov: Nəticə vacib deyil
20.05.2013 - 11:28
“Millinin oyunları öncəsi bir neçə günlük istirahət etmək imkanım var. Yaxşı dincəlib yığmaya əla formada yollanmaq istəyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Rasim Ramaldanov deyib.
Ötən ilin noyabrında Şimali İrlandiya ilə səfər matçında millimizdə debütünü gerçəkləşdirəndən sonra mütəmadi çağırılan müdafiəçi bu dəfə baş məşqçi Berti Foqtsun siyahısında yer alıb. Belə ki, almaniyalı mütəxəssis Rasimi Qətərlə mayın 29-da yoldaşlıq görüşünə, iyunun 7-də Lüksemburqla rəsmi oyuna dəvət edib.
Mövsümün yorğunluğunu çıxaran “Simurq”un kapitanı 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk qələbəmizi gözləyir: “Millidə 10 günə 2 oyun keçirəcəyik. Mayın 25-də bir araya gəlib, Qətərə yollanacağıq. Baş məşqçimiz bu ölkənin yığması ilə yoldaşlıq görüşündə Lüksemburqla oyuna taktiki variantları nəzərdən keçirib, heyətlə bağlı seçimini edəcək. Düzdür, qələbə həmişə yaxşıdır. Ancaq düşünürəm ki, Qətərlə oyunda nəticə elə də vacib deyil. Lüksemburqa isə mütləq qalib gəlməliyik. İnşallah, buna Bakıda nail olacağıq. Bu rəqiblə evdə də heç-heçə etsək, bizim üçün yaxşı nəticə sayılmayacaq”.
Mehman SÜLEYMANOV

0
0