“Roma” və “İnter” azarkeşləri komandalarını ziyana saldı
21.05.2013 - 03:37
“Roma” və “İnter” azarkeşləri komandalarını ziyana saldı
İtaliya klubları “Roma” və “İnter” cərimələnib. Apasport.az saytının məlumatına görə, hər iki komandanın azarkeşləri A seriyasının son turunda irqçilik ifadələri işlətdikləri üçün 50 min avro məbləğində klublarını ziyana salıblar.

Bu görüşlərdə “Roma” “Napoli” ilə qarşılaşıb və meydandan 2:1 hesablı qalib ayrılıb. “İnter” isə “Udineze” ilə üz-üz gəlib. Qarşılaşmada qonaqlar qələbə qazanıb - 2:5.

Qeyd edək ki, “Syena” – “Milan” matçından sonra ev sahiblərinin azarkeşləri “rossonyerlər”in içərisində futbolçular olan avtobusuna tərəf irqçi şüarları səsləndiriblər.