Azərbaycanın ən məhsuldar legioneri klubsuz qaldı
21.05.2013 - 08:45
“İnter” klubunun heyətdən kənarlaşdırdığı legionerlərin siyahısına daha ikisi əlavə olunub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Georgi Adamiya və Tales Şütsü də rəsmən yola salıb.
Hər 2 legioner 1 il əvvəl transfer olunduğu “İnter”də uğursuzluğa düçar olub. Adamiya mövsüm ərzində cəmi 5 çempionat matçında iştirak edib və 1 qol vurub. Uzun müddət zədədən əziyyət çəkən gürcüstanlı Azərbaycan çempionatlarında ümumilikdə 61 qol vurub. Ən məhsuldar legioner kimi mütləq rekorda malik olan Adamiya paytaxt klubuna fayda verə bilməyib. Ölkəmizdə keçirdiyi ilk mövsümdə 10 dəfə rəqib qapısına yol tapan polşalı isə yeni klubunda qol hesabını da aça bilməyib.
Qeyd edək ki, bununla da klubdan gedənlərin sayı 7-yə çatıb. Bunadək Revaz Tevdoradze, Vladimir Levin, İlia Kandelaki, Valeri Abramidze, Petar Zlatinov da “İnter”lə yollarını ayırmışdı.

0
0