“İnter” Sloveniyada 5 oyun keçirəcək
21.05.2013 - 09:32
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in hazırlıq planlarına tam aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “bankirlər” hazırlıq prosesinin ikinci mərhələsini Sloveniyada keçirməyi nəzərdə tutub.
Mərkəzi Avropada keçirilməsi nəzərdə tutulan hazırlıq 13 gün davam edəcək. Belə ki, “İnter” iyunun 14-dən 27-dək Avstriya ilə sərhədə yaxın bir yerdə hazırlıq keçəcək. Rəqiblərin adlarının bilinməsi hələ erkən olsa da, bu müddətdə paytaxt klubunun 5 yoxlama oyununda qüvvəsini sınayacağı dəqiqdir. Toplanışın sonunda komandanın vətənə qayıtması isə Avroliqada iyunun 24-də atılacaq püşkatmanın nəticəsindən asılı olacaq.
Qeyd edək ki, “İnter” toplanışın ilk mərhələsini iyunun 2-dən 11-dək Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartəpə qəsəbəsində keçirəcək. 9 günlük toplanış çərçivəsində komandanın 2 yoxlama oyunu keçirəcəyi planlaşdırılır.

0
0