“Çernomorets”i yenib, bizi gözləyir
21.05.2013 - 10:26
Bolqarıstanın 15 yaşadək futbol komandası millimiz önünə qələbə ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, U-16 yığmamızla 2 yoldaşlıq oyunu keçirəcək bolqarlar Sliven şəhərində keçdiyi toplanış zamanı ilk görüşünü qələbə ilə tamamlayıb.
Belə ki, yerli “Çernomorets”ə 1:0 hesabı ilə qalib gələn Aleksandar Georgiyevin yetirmələri sabah millimizlə oyunu gözləyir. Yeri gəlmişkən, bu oyunda ağrıları olduğundan MOİK-in türkəsilli oyunçusu Aykut Ramadan iştirak edə bilməyəcək. Bu üzdən heyətə “Levski”dən Georgi Rusev dəvət olunub.
Qeyd edək ki, mayın 17-dən Slivendə toplanış keçən Aslan Kərimovun yetirmələri Bolqarıstan yığması ilə Bakı vaxtı ilə saat 20:00-da qarşılaşacaq. Bu komanda ilə revanş matçı isə mayın 24-də keçiriləcək.

0
0