“Mançester Siti”nin rekord məbləğli transferi
22.05.2013 - 02:09
“Mançester Siti”nin rekord məbləğli transferi
“Mançester Siti” “Santos”un hücumçusu Neymarı əldə etməyə çalışır. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” Braziliya yığma komandasının futbolçusunun transferinə rekord məbləğ vermək niyyətindədirlər.

İngilis klubu Neymar üçün “Santos”a 138 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, daha əvvəl “Barselona”nın Neymarla ilkin razılığa gəlindiyi iddia edilirdi.
0