“Əclaf” yenə gəlir!
22.05.2013 - 11:15
DÇ-2014-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşmasını idarə edəcək macarıstanlı hakim Mihay Fabian 4-cü dəfə təmsilçimizin matçında fit çalacaq. Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”da baş tutacaq qarşılaşmada ədaləti qoruyacaq referi 1980-ci ildə anadan olub. Fabian 2007-ci ildə cəmi 27 yaşında FİFA hakimi statusu almaqla, buna nail olan ən gənc referi olmuşdu.
Vaxtilə Macarıstan hakimliyinin parlaq ulduzu kimi tanınan Fabian UEFA-nın referilər üçün 2-ci kateqoriyasına daxildir. O, karyerası ərzində artıq 3 dəfə Azərbaycan komandaları ilə üz-üzə gəlib.
2007-ci il iyunun 2-də Yunanıstan və Azərbaycanın U-21 millilərinin görüşündə yığmalar səviyyəsində debüt edib. Həmin matç komandamızın 1:4 hesablı səfər məğlubiyyəti ilə əlamətdar olmuşdu.
Referi 2009-cu il iyulun 23-də Respublika stadionunda ilk matçına çıxdı. Avropa Liqasının “Qarabağ” Norveç “Rusenborq”unu 1:0 hesabı ilə yenəndə də məhz Fabian fit çalırdı.
Onun Bakıya son səfəri isə ötən yaya təsadüf edib. Bu dəfə də Avropa Liqasında təmsilçimizin oyununa təyinat alıb. “İnter”in Yunanıstan “Asteras”ı ilə görüşündə baş hakim olan Fabian 1:1 hesablı heç-heçə qeydə alıb. “Dalğa Arena”da baş tutan həmin matçdan sonra isə “bankirlər”in rəhbərliyi hakimlikdən ciddi narazı qalmışdı. Hətta “İnter”in prezidenti Georgi Nikolov Fabianı “əclaf” adlandırmışdı. Buna səbəb macarıstanlının buraxdığı səhvlər idi.
Həmin vaxt bolqarıstanlı funksioner çox sərt danışmağı lazım bilmişdi: “Jurnalistlər bizim oyuna təyinat alan avropalı əclaf hakimlərin idarəçiliyinə qiymət versin. Baş hakim göz görə-görə əks tərəfə cərimə zərbəsi təyin etmədi. Avroliqa oyunlarında bu cür məqamlar həlledici olur. Referinin qərəzli qərarları komandamızın qələbə istəyinə mane oldu”.

0
0