“Xəzər Lənkəran” “Neftçi” ilə oyunun hazırlıqlarına başladı - FOTOSESSİYA
22.05.2013 - 11:41
Ölkə çempionatının son turundan sonra bir günlük istirahətini başa vuran “Xəzər Lənkəran” bu gün səhər saatlarında ilk məşqinə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 28-də ölkə kubokunun finalında “Neftçi” ilə üz-üzə gələcək cənublular həmin oyunun hazırlığına start verərək bu günə təyin olunan yeganə məşqini Lənkərandakı bazanın ehtiyat meydançasında keçirib.
Saat yarım ərzində müxtəlif taktiki çalışmaları yerinə yetirən futbolçular daha sonra istirahətə çəkilib. Hazırda Adrian Pits ciddi zədədən əziyyət çəkdiyindən məşqlərə qoşula bilmir.
Qeyd edək ki, “Xəzər Lənkəran” mayın 25-nə qədər hazırlığı Lənkəranda keçirib həmin gün günorta saatlarında Bakı şəhərinə yola düşəcək.

0
0
Xezer-Final-gorushune-hazirlashir-220513-1.jpg|Xezer-Final-gorushune-hazirlashir-220513-2.jpg|Xezer-Final-gorushune-hazirlashir-220513-3.jpg|Xezer-Final-gorushune-hazirlashir-220513-4.jpg|Xezer-Final-gorushune-hazirlashir-220513-5.jpg|Xezer-Final-gorushun