Tuyqun Nadirov: Bunlar hamısı bəhanədi
29.05.2013 - 17:36
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- “Neftçi” ilə ölkə kuboku uğrunda final matçını necə dəyərləndirərdiniz?
- Komandamız 120 dəqiqə yüksək ustalıq göstərdi. Sübut elədi ki, əslində, komandamızın yeri turnir cədvəlində üst sıralardır. “Xəzər Lənkəran” finala heç bir kənar amil olmadan, böyük əzab-əziyyətlə, öz gücünə çıxıb. Heç kim də buna ləkə sala bilməz. Finalda hər 2 komanda gözəl oyun nümayiş etdirdi. Ancaq təəssüf ki, Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı çox aşağı səviyyədə idi. Bunun da nəticəsi kimi, hakimlər rəqibin qapıçısının hərəkətlərinə layiqli cəza vermədilər, reaksiya göstərmədilər. Onu topun qarşısından uzaqlaşdırmalı idilər. Digər tərəfdən, bir neçə epizodda birtərəfli qərarlar verildi. Əsas söhbət 120 dəqiqədən sonrakı vaxtdan gedir ki, onda belə iğtişaşlar, xoşagəlməyən hallar baş verdi. Nəticədə “Xəzər Lənkəran”ın bir neçə üzvü xəsarət aldı və finalda, bayram günündə Azərbaycan futboluna yaraşmayan bir hal baş verdi.
- Görüşü izləmək üçün klubun fəxri prezidenti Mübariz Mənsimov Türkiyədən Bakıya gəlmişdi. Bildiyimizə görə, matçdan sonra paltardəyişmə otağında komanda üzvləri ilə görüşüb...
- Bəli. Bildiyiniz kimi, fəxri prezidentimiz oyunu Türkiyədən gələn qonaqlarla, tanınmış adamlarla izləyirdi. Mübariz müəllim oyundan sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqovu təbrik elədi, Avropada uğurlar arzuladı. Qeyd elədi ki, finala layiq bir oyun idi, 120 dəqiqə maraqlı anlarla yadda qaldı. Ardından “Xəzər Lənkəran”ın paltardəyişmə otağına gələrək, futbolçulara təşəkkür etdi. Düzdür, penaltilər seriyasında bəxtimiz gətirmədi. Ancaq ümumiyyətlə, komandamız əzmkarlıq göstərdi.
- Döyülən futbolçularınızla bağlı müraciət etmək fikriniz varmı?
- Təbii ki... “Xəzər Lənkəran” bu kimi hala biganə qalmayacaq. Ümumiyyətlə, klubumuzun camiəsində heç kimin burnu qanaya bilməz. Çünki arxasında “Xəzər Lənkəran” dayanıb. Belə deyək, bunun məsuliyyətini PFL daşıyır. Çünki bu yarışın təşkilatçılığı onlarda idi. Elə təşkil edilməli idi ki, insident olmasın. Qalmaqal futbolçular arasında yaşansaydı, bu başqa məsələ. Həmin insidentdə rəqib komandanın mühafizə xidmətinin əməkdaşlarının rolu olub. Necə olur ki, “Xəzər Lənkəran”ın mühafizə xidmətinin əməkdaşları meydançaya buraxılmır, ancaq rəqibin çoxsaylı mühafizəçiləri meydançadadır? Bu, harda görünüb? Burda ən böyük məsuliyyəti başda Ramin Musayev olmaqla PFL daşıyır. Təşkilatçılıq deyəndə ki, söhbət bədii hissədən getmir. Çünki oyun tək bədii hissədən, konsert proqramından ibarət deyil. Əsas hissə futbol oyunudur və onun ətrafında olan təşkilatçılıq, hakimlikdir. Hesab edirəm ki, meydançada məşqçidən, futbolçudan başqa heç kim olmamalıdır. Təbii ki, həm “Neftçi”, həm də PFL bunun hesabatını “Xəzər Lənkəran” klubu, xəsarət yetirilən futbolçuları, Azərbaycan qanunvericiliyi qarşısında daşıyır.
- Mətbuatda yazılıb ki, baş məşqçiniz Con Toşak oyundan sonra “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviçə yaxınlaşaraq, ona nalayiq sözlər deyib və qalmaqal məhz bundan sonra başlayıb...
- Bunlar boş söhbətlərdir. Şükür Allaha, orda video, yetərincə fotomaterial da var. Bunlar hamısı bəhanədi. Baş məşqçinin rəqib komandanın futbolçuların, məşqçi heyətinə fikir bildirməyi normal haldır. Toşak Stamenkoviçə deyib ki, hərəkətin futbolçuya yaraşmır. Bu sözdən sonra futbolçu baş məşqçinin əlini sıxır və üzr istəyir. Əgər təhqir olunsaydı, baş məşqçinin əlini sıxıb, üzr istəyərdi? Yox. Baş məşqçi də əlini sıxaraq, çıxıb gedir. İnsident bundan sonra baş verir və bizim futbolçular hücuma məruz qalırlar.
- Növbəti mövsümə 1 ay sonra elə “Neftçi” ilə Superkubok matçı ilə başlayacaqsınız. Həmin oyunla bağlı nə düşünürsünüz?
- Biz həmin oyunu səbirsizliklə gözləyirik. Elə bilirəm ki, “Xəzər Lənkəran” həmin matçda da gözəl oyun nümayiş etdirəcək. Ancaq vaxtı biz də bilmirik. Bu da PFL-nin qeyri-peşəkar iş rejimi ilə əlaqədardır.
- Oyunun təxminən iyunun 27-28-də keçirilməyi nəzərdə tutulub. Bu tarix komandanızı razı salmır?
- Belə oyun 3-5 ay öncə müzakirə olunur, klubların da mövqeyi öyrənilir. PFL-də işlər peşəkar qurulmadığından, belə problemlər yaranır.
- Superkubokun yenidən keçirilməyi ilə bağlı qərar ötən il qəbul olunub, keçən mövsümün təqviminə salınmışdı...
- Bu gün oyunun tarixini dəqiq bilirsiniz?
- Yox. Təqvimdə göstərilib ki, Superkubok klublarımızın avrokuboklara növbəti mövsümündən 1 həftə öncə keçiriləcək...
- Tarix indiyə kimi bilinməli idi. Bəs niyə bilinmir? Belə qərarlar qəbul edəndə, klubların fikirləri öyrənilməlidir.
Mehman SÜLEYMANOV

0
0