“Syominlə əməkdaşlığı səbirsizliklə gözləyirəm” - MÜSAHİBƏ
31.05.2013 - 15:03
“Qəbələ”nin futbolçusu Dejan Kelhar Sloveniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Türkiyə və Sloveniya milli komandaları arasında bu gün keçiriləcək yoxlama oyununa çağırılanlar sırasında olan müdafiəçi Almaniyanın Bilefeld şəhərində baş tutacaq görüşdən danışıb. Kelhar həmvətənlərinə futbolumuz haqda da danışaraq gələcək karyerası və ötən mövsümün yekunlarından bəhs edib.
- Çıxış etdiyiniz Azərbaycan çempionatı haqda hansı fikirdəsiniz?
- Azərbaycan Premyer Liqası Sloveniya futbol ictimaiyyətinin hörmətini qazanıb. Çünki bu çempionat ekzotika deyil. 1 il əvvəl mən Azərbaycandan aldığım təklifi müsbət dəyərləndirəndə, buna mənfi baxırdılar. Amma indi mənə daha çox futbolçu zəng vurub Azərbaycan klublarına keçmək istəyini bildirir. Baxmayaraq ki, Azərbaycan Avropanın o biri başında, Asiya ilə birləşməsində yerləşir.
- Azərbaycan çempionatında əksər klublar paytaxtı təmsil edir. Siz isə əyalətdə çıxış edirsiniz. Bölgədə oynamaq nə dərəcədə çətindir?
- Ailəli oyunçu üçün bir az çətindir. Çünki intizamlı olmalısan, yerli adət-ənənələrə bilməlisən. Yerdə qalan hər şey isə çox yüksək səviyyədədir: infrastruktur da, şərait də. Lakin orda məşqdən sonra gedək mağazaları gəzək və ya qəhvə içək deyə bilməzsən.
- Arxada qalan mövsümdən nə dərəcədə razı qaldınız?
- Mövsümün yekunlarından razı qalmadım. Çünki qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulmuşdu. Bunun üçün ya kuboku qazanmalı ya da ilk “üçlüy”ə düşməli idik. Lakin alınmadı.
- Gələcək planlarınız necədir?
- Müqaviləyə əsasən daha 1 il “Qəbələ”yə bağlıyam. İndi gözləyək görək yayda nə olacaq. Hazırlıqlara iyunun 25-də start verəcəyik. Komandaya yeni baş məşqçi gəlib. Vaxtilə Moskva “Lokomotiv”i və Kiyev “Dinamo”su kimi klublarda çalışan Yuri Syomin yeni baş məşqçimiz təyin edilib. Onunla əməkdaşlığı səbirsizliklə gözləyirəm.
- Türkiyədə oynamış futbolçu kimi bu yığma ilə oyun haqda nə düşünürsünüz?
- Türkiyənin “Samsunspor” klubunda oynadığım vaxtdan orada çox sayda dostlarım qalıb. Xüsusilə də menecer dostlarım var. Onlar məndən Bilefelddəki oyun haqda fikrimi soruşurlar. Yaşı oynayacağım halda isə Türkiyəyə qayıtmaq perspektivindən danışırlar.

0
0