Lui van Qal DÇ-2014-dən sonra Hollandiya millisindən gedir
31.05.2013 - 21:25
Hollandiya milli komandasının baş məşqçisi Lui van Qal DÇ-2014-dən sonra “narıncılar”ı tərk edəcək. Apasport.az saytının məlumatına görə, bu haqda 61 yaşlı mütəxəssisin özü açıqlama verib.
O, klubda işləməyi daha üstün tutur: “Mən dünya və ya Avropa çempionatının final mərhələsində iştirak etmək üçün Hollandiya milli komandasına gəldim. Karyeram hələlik bu deyildi və mən mümkün olan hər şey edirəm. Çalışıram ki, komandam Braziliyaya vəsiqə qazansın. Bundan sonra da tutduğum vəzifədən gedəcəyəm. Hər gün oyunçularla birgə gün keçirmək və işləmək daha çox xoşdur”.
Qeyd edək ki, Hollandiya yığması DÇ-2014-ün seçmə mərhələsində 6 matçdan 6 qələbə qazanıb və Macarıstan millisini 7 xal qabaqlayaraq ilk pilləni tutur.

0
0