21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşacaq İsveçrə yığmasının heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Mauro Lustinelli Avropa çempionatının seçmə mərhələsinin noyabrda keçiriləcək oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib.
O, noyabrın 12-də Tyunda Azərbaycan, 4 gün sonra Kaendə Fransa ilə baş tutacaq matçlara 23 futbolçu çağırıb.
Qapıçılar: Filip Kon, Entoni Racioppi, Amir Saipi;
Müdafiəçilər: Yan Bamert, Miro Muheym, Leo Seydu, Stiven Sidler, Leonidas Sterju, Yesper Van der Verf, Sedrik Zesiger;
Yarımmüdafiəçilər: Nedim Bayrami, Toni Domqyoni, Kastriot İmeri, Aleksander Yankeviç, Mambimbi, Noa Okafor, Peter Pusiç, Som, Filip Stoilkoviç, Bastian Toma;
Hücumçular: Dan Ndoye, Ceremi Qullemenot, Endi Zeqiri.