3 futbolçusu ilə müqaviləni pozdu – Bundesliqa klubu
25.11.2020 - 15:22
3 futbolçusu ilə müqaviləni pozdu – Bundesliqa klubu

Almaniyanın “Şalke” klubu üç futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisinin mövsümə uğursuz başlaması rəhbərliyi islahatlara vadar edib.

Gelzenkirxen təmsilçisi yarımmüdafiəçilər Nabil Bentaleb, Amin Harit və hücumçu Vedad İbişeviçin müqaviləsinə xitam verildiyini bəyan edib. Hər üç oyunçunun məşqlərdə istənilən canfəşanlığı göstərmədiyi və işə həvəssiz yanaşdığı açıqlanıb.

Qeyd edək ki, Bundesliqanın geridə qalan 8 turunda cəmi 3 xal toplayan “Şalke” turnir cədvəlinin son pilləsində qərarlaşıb.
 

0