Villian karyerasını ölkəsində davam etdirəcək
06.09.2025 - 11:57

“Fulhem”dən ayrılan Villian vətəninə qayıdıb.
Apasport.az xəbər verir ki, 37 yaşlı vinger “Qremio”ya transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Braziliya millisinin sabiq üzvü ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Villian bundan əvvəl “Çelsi”, “Arsenal”, “Anji”, “Korintians”, “Şaxtyor” və “Olimpiakos” kimi klublarda çıxış edib.
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
0
0