37 yaşlı qapıçı “Yuventus”da - RƏSMİ
28.09.2026 - 21:14
37 yaşlı qapıçı “Yuventus”da - RƏSMİ

"Yuventus" heyətini yeni qapıçı ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "qoca sinyora" "Botafoqo"dan ayrılan Netonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliya millisinin üzvü ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Neto 2015-2017-ci illərdə "Yuventus"un formasını geyinib. 37 yaşlı qolkiper "Fiorentina", "Valensiya", "Arsenal", "Barselona" kimi klublarda da çıxış edib.