4 klub Levandovskini istəyir
05.12.2025 - 15:35
“Barselona”nın hücumçusu Robert Levandovski yayda La Liqanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
37 yaşlı forvardın Səudiyyə Ərəbistanına keçidi üçün real imkanlar mövcuddur. Polşalı bombardiri transfer etməkdə dörd Səudiyyə Ərəbistanı klubu maraqlıdır: “Əl-Nəsr”, “Əl-Hilal”, “’Əl-İttihad” və “Əl-Əhli”.
Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti altı aydan sonra başa çatacaq.
O, cari mövsümdə “Barsa”nın heyətində 16 oyunda iştirak edib, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0