40 nəfər "Qalatasaray" üzvünə hücum etdi
06.04.2024 - 13:18
40 nəfər "Qalatasaray" üzvünə hücum etdi

Dünən axşam "Qalatasaray" qadın voleybol komandasının matçından sonra klub üzvlərindən biri 40 nəfərlik qrup tərəfindən hücuma məruz qalıb. 

Apasport.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın baş katibi Eray Yazqan məlumat yayıb. 

“Ötən axşam "Qalatasaray" qadın voleybol komandamızın oyunundan sonra üzvlərimizdən biri 14 yaşlı qızı ilə birlikdə təxminən 40 nəfərlik qrup tərəfindən hücuma məruz qalıb.

Kiçik qızı vuracaq qədər alçaq olan bu quldurlar qardaşlarımızın əlindəki pankartları da oğurlayıblar. Yol polisi əməkdaşı təsadüfən oradan keçməsəydi, bəlkə də bu gün geri dönüşü olmayan nəticələrdən danışardıq", - deyə o vurğulayıb.

0